Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737s nömrəli sərəncamına uyğun olaraq 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aşağıdakı ixtisaslara qəbul elan edir:

 

İxtisasın şifri

 

 

İxtisasın adı

Qəbul planı

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

2518.01

Hidrogeologiya

1(qiyabi)

 
       

3103.02

Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

1(qiyabi)

1(qiyabi)

3305.08

Hidrotexniki tikinti

1(qiyabi)

 

5312.01

Sahə iqtisadiyyatı

1(qiyabi)

 
       

Qəbul qaydaları:

1.Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən,  yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

2.Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

      -   ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

      -    kadrların şəxsi-qeydiyyat vərəqi;

      -    tərcümeyi-hal;

      -    2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

      -    iş staji olanlar üçün əmək kitabçasından çıxarış;

      -    iş yerindən xasiyyətnamə;

      -    çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

      -     ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

      -   şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanlarını verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

4.Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir.Xarici dildən imtahanda keçid balı toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.  Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına  (İELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad edilirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

5.Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

    -    ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

    -    kadrların şəxsi qeydiyyat vərəqi;

    -   tərcümeyi-hal;

    -    2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

    -    iş yerindən xasiyyətnamə;

    -   əmək kitabçasından çıxarış;

    -   çap olunmuş elmi işlərin siyahısı;

     -   fəlsəfə doktoru  (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

    -  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

6.Doktoranturaya sənədlərin qəbulu elan dərc olunan gündən 2019-cu il  dekabrın 26-dək aparılacaqdır.

Ünvan-  Az-1130,Bakı şəhəri, İ.Dadaşov küçəsi 324, 902-ci otaq.

Müdiriyyət

 

13 Dekabr 2019 00:08 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Yanvar 2020 | 00:08
B İ L D İ R İ Ş
18 Yanvar 2020 | 00:08
B İ L D İ R İ Ş
18 Yanvar 2020 | 00:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə