Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacı Fuad Nurulla: Aşura günü qan vermək çox xeyirxah və savab addımdır

Hacı Fuad Nurulla: Aşura günü qan vermək çox xeyirxah və savab addımdır

İslam dünyasında müqəddəs hesab olunan və mahiyyətində hüzn və qəhrəmanlığı birləşdirən Məhərrəm ayının artıq 10-cü günüdür. İslam tarixinə Aşura kimi daxil olan bu gün ölkəmizdə də inanclı insanlar tərəfindən qeyd olunur.  Aşura günü ilə bağlı tanınmış din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Hacı Fuad Nurulla redaksiyamıza fikirlərini bildirdi:

Sentyabr ayının 11-də başlayan Məhərrəm ayının artıq 10-cu gününə, Aşuraya qədəm qoyuruq. Məhərrəm ayından biri sayılır. Bu ayında qan tökmək, günaha batmaq olmaz. Bu ay qazanılan savablar da, edilən günahların məsuliyyəti də dəfələrlə digər aylardan artıqdır. Məhərrəm ayında, xüsusilə Aşura günündə dünyada, din tarixində  bir çox hadisələr baş versə də, artıq 1300 ildir ki, bu təqvim sevimli peyğəmbərimizin nəvəsi İmam Hüseynin şəhadəti ayı kimi qəbul edilir. Tarixi çox qədimlərə gedib çıxan  Məhərrəmlik ayı, Aşura günü 680-ci ildə Kərbəla şəhərində baş vermiş insanlıq dramıdır. Peyğəmbər ailəsinə hörməti olan insanlar Aşuranı şəhadət ayı kimi qəbul etdilər. Bu ayı, bu günü bir məktəb olaraq sevdilər. Xalqımız da  Aşuranı min ildən çoxdur ki, qeyd edir.  Hər bir insan fərdi olaraq bu gündən nəsə bir müsbət keyfiyyət götürür. Aşurada ailə dəyərləri, əxlaqi keyfiyyətlər, mübarizlik, humanizm xüsusiyyətləri ilə bağlı məqamlar var.  Öz əqidəsi, azadlığı, bərabərliyi, sevdiyi dəyərlər uğrunda mübarizə aparmaq məktəbi var. Belə olmasaydı Mübariz İbrahimov, Fərid Əhmədov və digər mübarək şəhidlərimiz bu məktəbin məzunu olmazdılar. Yəni bu günün, bu ayın əsasında böyük şəhidlik fəlsəfəsi dayanır. Bunu dərk etmək hər bir toplum üçün faydalıdır. Lakin bu günü öz mahiyyətinə uyğun şəkildə qeyd etmək lazımdır. Bu ayda bədənindən qançıxarmaq istəyənlər QMİ-nin hər il təşəbbüs göstərdiyi kampaniyaya qoşula bilərlər. Bədəndən, başdan qan çıxarmaq istəyənlər bunları sivil şəkildə ehtiyacı olan insanlara verə bilərlər. İmam Hüseynin haqq mübarizəsində müxtəlif iqrlərin, millətlərin nümayəndələri olmuşdur. Bu, onu göstərir ki, bu mübarizə ümumbəşəri mübarizədir. QMİ- nin keçirdiyi bu aksiya göstərdiyi bu təşəbbüs bütün möminlərə, dindarlara aiddir. Bir insana qan vermək ona həyat vermək deməkdir. İstərdim ki, QMİ-nin təşəbbüs göstərdiyi bu kampaniyaya bütün qanvermək istəyən insanlar, kollektivlər qoşulsun. Bu çox mütərəqqi və savab bir addım olar.

 

Anar TURAN,
“Xalq qəzeti”

20 2018 17:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin