Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Saudi Aramco”nun dəyəri 2 trilyon dolları ötüb

“Saudi Aramco”nun dəyəri 2 trilyon dolları ötüb

“Bloomberg”in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi satışa çıxarılmasından sonra kompaniyanın bazar dəyəri 2 trilyon dolları ötüb.
Yeri gəlmişkən deyək ki, hələ cari ilin ortalarında Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud səhm satışından sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözlədiklərini bildirmişdi.
Səhm satışlarından sonra “Saudi Aramco” neft şirkəti dünya miqyasında 5 ən nəhəng enerji şirkəti olan “ExxonMobile”, “Total”, “Royal Dutch Shell”, “Chevron” və BP-ni üstələyib. Həmçinin şirkət öz dəyərinə görə “Microsoft Corp.” və “Apple Inc.” şirkətlərini geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.
“Saudi Aramco”nun  açıqlamasına görə, hələlik şirkətin 3 milyardlıq səhminin 1,5 faizi satılıb. İnvestorlar bir səhm üçün ən yüksək məbləğ– 32 Səudiyyə rialı (8,53 dollar) təklifi verib. Bununla da şirkət səhm satışından 25,59 milyard dollar gəlir əldə edib.
Bildirilir ki, hazırda Səudiyyə Ərəbistanı milli neft şirkətinin  0,5 faizlik səhmləri satışa çıxarılıb.  ­2020–2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlara çıxarılacaq.
Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu ­1935-ci ildə qazıb. Şirkətin 261 milyard barel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə, təxminən, 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 Dekabr 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə