Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş dünya ölkələrini iqlim dəyişikliyinə qarşı mübarizəni davam etdirməyə çağırıb

“Nat.geo”nun yaydığı məlumata görə, BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrini iqlim dəyişikliyinə qarşı mübarizədə yarı yolda dayanmamağa çağırıb.
Baş katib deyib ki, daha çox istilik qazları emissiya edən ölkələr ­2050-ci ildə qlobal temperaturun artmasını 1,5 dərəcə selsi həddində saxlamaq üçün öz üzərlərinə əlavə öhdəliklər götürməlidirlər. 
Qeyd edilir ki, Madriddə keçirilən 
iqlim sammitində Antonio Quterreş deyib: “Biz dönüşü olmayan nöqtəyə yaxınlaşırıq. İqlim dəyişikliyi üzrə sentyabrda keçirilən sammitdə bir çox ölkələr, şəhərlər və özəl şirkətlər iqlim böhranına qarşı öz planlarını irəli sürüblər. Lakin, elə oradaca bu sahədə heç bir iş görülmədiyi məlum olub. “İstilik qazlarının ən böyük istehsalçısı olan ölkələr daha qətiyyətli hərəkət etməlidirlər”, – deyə Baş katib bildirib.
Təşkilat rəhbəri bütün hökumətləri 2050-ci ildə emissiyaların həcmini sıfıra endirmək üzrə 2020-ci ildən başlayaraq, tədbirlər həyata keçirməyi vəd edən 75 ölkəyə qoşulmağa çağırıb. O qeyd edib ki, bu prosesdə “boz” iqtisadiyyatdan “yaşıla” keçid zamanı işini və dolanışıq mənbələrini itirəcək insanlar haqqında da düşünmək lazımdır. Baş katib bildirib ki, əhalinin aztəminatlı təbəqələrinə xüsusi diqqət yetirilməlidir.
A.Quterreş iqlim dəyişikliyi ilə əlaqədar sabit maliyyələşdirməni də təmin etməyə, təbii fəlakətlər nəticəsində zərər çəkmiş insanları dəstəkləməyə və sammit çərçivəsində kiçik ada dövlətləri üzrə götürülmüş öhdəlikləri yerinə yetirməyə çağırıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

12 Dekabr 2019 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə