Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraqda etirazlar zamanı həlak olanların sayı açıqlanıb

İraqda etirazlar zamanı həlak olanların sayı açıqlanıb

BMT-nin İraqa Yardım üzrə Missiyasının (UNAMİ) bildirdiyinə görə, oktyabrın 1-dən ölkədə davam edən kütləvi etiraz aksiyaları zamanı, ümumilikdə, 424 nəfər həlak olub, təxminən 9 min nümayişçi yaralanıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, İraqda tibbi məntəqələrinin ölənlərin sayı haqqında rəsmi informasiya verməməsi nəzərə alınsa, həlak olanların daha çox ola biləcəyi istisna edilmir.
Məruzədə qeyd edilir ki, ölkədə insan hüquqlarının pozulması halları, həmçinin hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni, qeyri-adekvat güc tətbiqi halları davam edir.
Bundan başqa, missiya İraq hakimiyyətini aksiyalar zamanı saxlanılanlara qarşı pis rəftarda və onların hüquqlarının pozulmasında da ittiham edib.
Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar oktyabrın 1-dən davam edir.Sakinlər ölkədə işsizliyə və korrupsiyaya etiraz edirlər.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 Dekabr 2019 23:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə