Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peruda sualtı qayıqda 2 ton kokain

Perunun şimal sahillərində hərbi dənizçilər sualtı qayıqda 2 ton kokain aşkar ediblər.
“Frans-Press”in Perunun Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, patrul kateri sualtı qayığı ölkənin şimal-qərb sahilində Talar şəhəri sahilində saxlayıb. Sualtı qayığın ­
4 ekipaj üzvü saxlanılıb.
“America Noticias”ın məlumatına görə, ekipaj üzvləri 2 ton kokaini paytaxt Limaya gətirib satmaq istəyirlərmiş.
Faktla bağlı araşdırma aparılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

12 Dekabr 2019 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə