Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA və Belarusun Yüksək Texnologiyalar parkları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AMEA və Belarusun Yüksək Texnologiyalar parkları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

www.science.gov.az –dan verilən xəbərə görə, AMEA-nın İşlər İdarəsinin müdiri, Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev və Yüksək Texnologiyalar Parkının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nazim Şükürov Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən təşkil olunan Belarus – Azərbaycan birgə elmi-texnoloji İşçi qrupunun ikinci iclasında iştirak etmək məqsədi ilə Minsk şəhərinə işgüzar səfər ediblər.

Səfər çərçivəsində Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi AMEA nümayəndə heyəti ilə bu ölkənin Yüksək Texnologiyalar Parkında görüş təşkil edib.

Görüşdə Belarus Yüksək Texnologiyalar Parkının direktor müavini Aleksandr Martinkeviç və bu qurumun Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Vladimir Lebedev iştirak ediblər.

Aleksandr Martinkeviç rəhbərlik etdiyi texnoparkın fəaliyyəti barədə AMEA nümayəndə heyətinə məlumat verib, qurumun rezidentlərə olan güzəştlərindən söz açıb.

Daha sonra çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru N.Şükürov təmsil etdiyi qurum və ərazidə fəaliyyət göstərən rezidentlərin istehsal sahələrindən danışıb.

Görüşdə müəssisələr arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb, hər iki tərəf üçün maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

20 2018 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin