Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu ürək əməliyyatı

Vyana şəhər klinik xəstəxanasında ölü ürəyin 61 yaşlı pasiyentə köçürülməsi üzrə uğurlu əməliyyat keçirilib. Mümkünsüz görünən əməliyyat 9 saat davam edib. Fəaliyyəti tam dayanmış orqanın köçürülməsi “Donation after Circulatory Death” metodu sayəsində gerçəkləşib. Qeyd edilir ki, bu metoddan əsasən, ağciyər, qaraciyər və böyrək köçürülməsi zamanı istifadə edilir. 
Xatırladaq ki, bu metod üzrə ilk uğurlu əməliyyat ­2014-cü ildə Sidney şəhərində gerçəkləşib.
Məlumatı “Belta” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

12 Dekabr 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə