Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minimum təqaüd artırılır

Minimum təqaüd artırılır

Fransada 2022-ci ildən minimum təqaüd min avro təşkil edəcək. Bu bəyanatla Fransanın Baş naziri Eduard Filipp çıxış edib. Ölkədə aparılan pensiya islahatlarını şərh edən nazir deyib ki, islahatlar üç prinsipə – universallıq, bərabərlik və məsuliyyətlilik prinsiplərinə əsaslanır. Bununla yanaşı, o təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Xatırladaq ki, hazırda Fransada minimum pensiya 636 avro təşkil edir.
Xəbəri “Le Parisien” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

12 Dekabr 2019 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə