Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

www.science.gov.az –dan verilən xəbərə görə, oktyabrın 1-dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq tədbirin təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

Konfransda Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və s. mövzular üzrə müzakirələr aparılacaq. İştirakçılar, həmçinin Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.

İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə tanınmış mütəxəssislərin qatılacağı konfransın açılış mərasimi oktyabrın 1-də AMEA-nın Əsas binasında olacaq. Daha sonra konfrans öz işini Qəbələ şəhərində davam etdirəcək.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

20 2018 16:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin