Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 13-də gözlənilən hava şəraiti

Dekabrın 13-də  gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 13-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu,  nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 13-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

12 Dekabr 2019 17:35 - EKOLOGİYA
EKOLOGİYA
30 Dekabr 2019 | 17:22
Yanvar ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə