Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Qurbanov "Düdelanj" üzərində qələbənin önəmindən, son matça azarkeş marağının azlığından danışdı: "Futbolçulara bir az sərbəstlik vermişik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsin son turunda Lüksemburqun "Düdelanj" klubuyla ev matçı öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə sabahkı görüş haqda dnaışıb.

 - Son oyunumuzdu. Hiss olunur ki, matça maraq azdı. Qarşılaşmaya ciddi hazırlaşırıq. İstəyirik ki, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq.

 - Maraq azlığı deyəndə, yəqin azarkeş sayını nəzərdə tuturdunuz.  Komandanı oyuna hazırlamaq çətindi?

- Bəli, azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindi. "Düdelanj" tanıdığımız rəqibdi. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?

- Bilirik ki, hər oyun ciddidi. Avrokuboklarda hər bir matçda stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.

- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?

- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün görüşlərə tam heyətlə hazırlaşaq. Xayme Romero komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Bu da son turda "Keşlə"ylə matçı mikrozədə üzündən buraxmasına görədi. Əvvəlki oyunlarla müqayisədə futbo çularımızın durumu yaxşıdı. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər. Hələliksə futbolçulara oyuna hazırlıqda bir az sərbəstlik vermişik. 

 - Lüksemburqdakı qələbə sizin üçün üstünlükdümü?

- Üstünlük öz meydanımızda oynamağımızdı. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. 

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

12 Dekabr 2019 14:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə