Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masazır məktəbliləri Fəxri xiyabanda ulu öndəri yad etdilər

Masazır məktəbliləri Fəxri xiyabanda ulu öndəri yad etdilər

Bu günlər respublikanın bütün bölgələrində idarə, müəssisə və təşkilatlarda ümummilli liderimiz Heydər Əliyevin anım mərasimləri təşkil edilir, onun ruhuna dualar oxunur.

Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə məktəblərdə də xüsusi diqqət yetirilir, anım günü tədbirləri keçirilir. Çünki uşaqlar Azərbaycanı paçalanmaqdan, milləti məhv olmaqdan xilas edən ulu öndəri layiqincə tanımalıdır, bu azadlığı, müstəqilliyi sağlamlığı bahasına yaradan, qoruyan insanın bu uğurların hansı çətinliklərlə əldə edildiyini bilməlidirlər.

Ümummilli lider Heydər Əliyevin iradəsi, gücü və idarəetmə bacarığı ilə Azərbaycanı inkişaf etdirməsi məktəblilərə aşılanmalıdır. Uşaqlar tariximizi bilməli, ondan özləri üçün biliklər əxz etməlidirlər.

Abşeron rayonu, Masazır kənd 5 saylı məktəbin 5-a sinfinin şagirdləri bu günlərdə təşəbbüs irəli sürüblər. Onların kollektiv surətdə bu anım günündə iştirak etmək üçün məktəb rəhbərliyinə müraciəti operativ cavablandırılıb. Məktəblilərin Fəxri xiyabana, ulu öndəri ziyarət etmələri üçün nəqliyyat təşkil edilib. Sinif şagirdləri bir nəfər kimi əllərində gül-çiçək Fəxri xiyabana gəlib ulu öndəri ziyarət ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 13:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə