Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalq Heydər söyləyəcək” mahnısı uşaqların ifasında

“Xalq Heydər söyləyəcək” mahnısı uşaqların ifasında

Heydər Əliyev Fondu ümummili lider Heydər Əliyevin anım günü ilə bağlı yeni videoçarx hazırlayıb.  

Videoçarxda uşaqlar illərdir səslənən, məşhur “Xalq Heydər söyləyəcək” mahnısını ifa ediblər. Qeyd edək ki, mahnını ifa edən xor  Şövkət Ələkbərova adına  20 saylı musiqi məktəbinin uşaqlarıdır.  Gələcəyin incəsənət adamları olan bu uşaqlar ulu ondərin xatirəsinə öz sevgilərini belə bildiriblər.

Sözügedən layihənin çəkilişləri Heydər Əliyev Mərkəzində baş tutub. Vidoçarxda ümummilli liderin möhtəşəm obrazını göz önünə gətirən mahnıya-- musiqinin möhtəşəmliyinə, sözlərdəki mükəmməlliyə uşaqların saf səsi bir ayrı ovqat, gözəllik qatıb.  

Xatırladaq ki, həmin bəstənin sözləri Baba Vəziroğluya, musiqisi isə Kamala məxsusdur. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə