Ən son xəbərlər
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsində bütün görüşlərdə qələbə qazanmaqla futbol tarixinə ilk Alman komandası kimi adını yazdırıb.
B qrupunda “Tottenhem”, “Olimpiakos” və “Srvena Zvezda” ilə birlikdə çıxış edən Münhen təmsilçisi son görüşdə “Tottenhemi öz meydanında 3-1 hesabı ilə məğlub edərək ümumilikdə 6 qələbə qazanmaqla tarixə düşüb.
Bunadək 5 komanda 6 dəfə belə nailiyyətə imza atmışdı. Yalnız “Real” iki dəfə - 2011/12 və 2014/15 mövsümlərində qrupda xal itirməyib.
Qeyd edək ki, Madrid klubundan başqa, “Milan” (1992/93), PSJ (1994/95), “Spartak” (1995/96), “Barselona” (2002/03) 6 oyunun hamısında qələbə qazanan komandalardır.
Elşən AĞALAR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə