Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da “Xocalıya Ədalət” Kampaniyasının əməkdaşları ilə tələbələrin görüşu keçirilib

ADNSU-da “Xocalıya Ədalət” Kampaniyasının əməkdaşları ilə tələbələrin görüşu keçirilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Xocalıya Ədalət” Kampaniyasının əməkdaşları Cəbrail Fərzəliyev və Pərvanə Cəlallı ilə ADNSU-nun tələbələrinin görüşü keçirilib.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev  çıxış edərək Azərbaycanın tarixindən danışıb. Bildirib ki, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda, o cümlədən Xocalıda ermənilərin dinc sakinlərə qarşı törətdikləri vəhşiliklər dünyanın ən ağır cinayətlərindən biridir. Hər bir azərbaycanlı bunu bilməli və Vətəninin müdafiəsinə hazır olmalıdır.

“Xocalıya Ədalət” Kampaniyasının əməkdaşı Cəbrail Fərzəliyevçıxış zamanı fəaliyyətləri haqqında məlumat verib.Bildirib ki, bu kampaniyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.

Xocalıda erməni cinayətlərinin şahidi olan Əbülfət Kərimov həmin gecə gördükləri və erməni daşnaklarının dinc azərbaycanlılara qarşı törətdikləri vəhşilik haqqında ürək ağrısı ilə danışıb. O, Xocalı soyqırımı haqqında dəqiq faktların gələcək nəsillərə ötürülməlisinin zəruriliyini vurğulayıb və düşməndən qisas alınacağı gününün uzaqda olmadığını deyib.

Daha sonra “Xocalıya Ədalət” Kampaniyasının əməkdaşı Pərvanə Cəlallı kampaniyanın həm ölkə daxilində,həm də beynəlxalq səviyyədə fəaliyyətindən söz açıb. Qeyd edib ki, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

12 Dekabr 2019 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə