Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdrik siyasətçi, dərin zəka sahibi

Müdrik siyasətçi, dərin zəka sahibi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimində rektor İlham Mədətov ümummilli liderin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən danışıb.

Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan söz açan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını  faktlarla əsaslandıran İ.Mədətov gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən “Azərbaycan  gəncliyi 2017--2021-ci illərdə Dövlət Proqramı”nın səmərəli tətbiqini, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini məhz ulu öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirib. Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təşəssümü olduğunu bildirib.

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix üzrə elmlər doktoru  Məhərrəm Zülfüqarlı müasir müstəqil Azərbaycanı ulu öndərin şah əsəri adlandırıb. O, ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışıb.

Sonda ümummilli liderə həsr olunan videoçarx göstərilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə