• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər Gəncədə keçirilən qanvermə aksiyasında fəal iştirak ediblər

Gənclər Gəncədə keçirilən qanvermə aksiyasında fəal iştirak ediblər

Aşura günü Gəncədə qanvermə aksiyası təşkil olunub. Bu aksiyada gənclərlə birlikdə Millət vəkili Naqif Həmzəyev də yaxından iştirak edib. İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında keçirilən qanvermə aksiyası haqqında danışan YAP şəhər təşkilatının sədri bildirib ki, humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. O, həmçinin Gəncədə - İmamzadə ziyarətgahında vətəndaşların ziyarətlərini rahat və təhlükəsiz etmələri üçün yaradılmış şəraitdən razı qaldığını bildirib, qanvermə aksiyasının yüksək səviyyədə təşkil edildiyini söyləyib.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

20 2018 16:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin