Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədris Terapevtik Klinikada Saç Əkimi Mərkəzinin açılışı olub

Tədris Terapevtik Klinikada Saç Əkimi Mərkəzinin açılışı olub

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Saç Əkimi Mərkəzinin açılışı olub. Mərkəzdə bu sahədə çalışmaq istəyən həkimlərimiz üçün saç nəqlinin tətbiqi ilə bağlı 3 günlük kurslar təşkil olunacaq.

Bu barədə açıqlama verən ATU-nun Tədris Terapevtik Klinkanın direktoru Samir Allahverdiyev təşkil olunan kursların TTK ilə Aca Akademiyasının birgə əməkdaşlığı ilə baş tutduğunu bildirib. Mərkəzdə saçın nəqli, kosmetoiloji xidmət, əməliyyatlarla bağlı dinləyicilərə tam məlumat veriləcək və bütün prosedurlar iştirakçılar tərəfindən izlənəcəkdir.

Aca Academinin rəhbəri dr. Gamze Menteşoğlu onun rəhbərlik etdiyi qurumun beynəlxalq arenada kifayət qədər tanındığını və tətbiq olunan müalicə üsullarının beynəlxalq standartlara uyğun olduğunu bildirib: “Saç əkimi son 20 ildə tətbiq olunan yeni bir sahədir. ATU-nun bizimlə əlaqəsi təqdirəlayiqdir. Məqsədimiz estetik tibb həkimi yetişdirmək niyyətindəyik. Hesab edirəm ki, bu sahədə peşəkar mütəxəsislər yetişdirə biləcəyik”.

I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov bu məsələdə kordinator olduğuna və keçirilən kursların etibarlılığına diqqəti çəkib. Bildirib ki, saç əkimi və kosmetoloji sahədə ölkədə bir sıra kursalar təşkil edilir. Amma ATU-nun təşkil etdiyi kurslar da dərs deyən müəllimlər daha peşəkardır. Kursda iştirak edən dinləyicilərin sonda sertifikatla təmin ediləcəyini qeyd edib:” Hansı ki, həmin sertifikatlar İSO 9001 standartlarına uyğundur və Beynəlxalq Akreditasiya Forumu tərəfindən qeydiyyata alınıbdır. Sertifikatlar “Cardcert” Beynəlxalq Akreditasiya Şirkəti tərəfindən verilir. Verilən sertifikatlar dünyanın 160 ölkəsində tanınır. Təşkil olunan kurslarda və prosedurlarda Gamze xanım sonadək bizimlə olacaq, özünün dəyərli məsləhətlərini verəcəkdir. Hesab edirəm ki, dinləyicilərimiz onlara verilən bilgiləri və prosedurları tam şəkildə mənimsəyə biləcəklər”.

Qeyd edək ki, yeni Saç Əkimi Mərkəzində pasiyentlərə saç nəqli ilə yanaşı, hər cür kosmetoloji xidmət də göstəriləcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə