Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

ATU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Konfrans iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konfransın proqramına Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistan alimlərinin təqdimatında 35 məruzənin daxil edildiyini, somatik xəstəliklərin tədqiqinə və müalicəsinə bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi diqqət ayrıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində dövlət proqramının hazırlanması bu sahədə mövcud olan problemlərin həlli üçün geniş imkanlar yaradır.

Təbabətdə qarşılıqlı elmi mübadilələrin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran professor G.Gəraybəyli bu baxımdan tanınmış mütəxəssislərin qatıldığı beynəlxalq konfransda somatik xəstəliklərin müxtəlif sahələrinə dair ən aktual problemlərin yüksək səviyyədə müzakirə olunacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Rusiya Elmlər Akademiyasının akademiki Anotoli Martınov və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Saule Abseutova da konfransda çıxış ediblər. Azərbaycana işgüzar səfərlərindən məmnun qaldıqlarını söyləyən qonaqlar yaradılan şəraitə görə Azərbaycan Tibb Universitetinin rəhbərliyinə də təşəkkürlərini bildiriblər.

Sonra konfrans öz işini ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərovun sədrliyi ilə plenar iclaslarla davam etdirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə