Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ “Precision Strike” (PrSM) raketini sınaqdan keçirdi

ABŞ “Precision Strike” (PrSM) raketini sınaqdan keçirdi

Yeni-Meksikada “Ağ qum” təlim poliqonunda  ABŞ ordusu üçün yeni “Precision Strike” (PrSM) “Yer-Yer” raketinin ilk sınaq uçuşları keçirilib.

Bu barədə “Lockheed Martin” şirkəti xəbər yayıb.

Yeni silah ABŞ-ın “Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə” ilə qadağan olunmuş saydıqları Rusiyanın “İskəndər” kompleksinin analoqudur.

“High Mobility Artillery Rocket System” (HIMARS) qurğusu ilə 240 kilometr məsafəyə hesablanan testlər zamanı, xüsusən uçuş yolu və hədəfə vurulma dəqiqliyi izlənilib.

Bildirilib ki, hazırda PrSM-in maksimal məsafəsi 499 kilometrə bərabərdir, lakin ABŞ və Rusiya raketlərin ləğvinə dair sözügedən müqavilədə məsuliyyət daşımadıqları üçün bu rəqəm 550 kilometrə çatdırıla bilər.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə