Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Ərtoğrul Cavid. Musiqi əsərləri" kitabı çapdan çıxıb

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və müəllifi olduğu "Ərtoğrul Cavid. Musiqi əsərləri" kitabı işıq üzü görüb.

"Elm və təhsil" nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.

Ərtoğrul Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunan vəsaitdə bəstəkarın 40-a yaxın musiqi bəstəsi, o cümlədən "Eşq olsun", "Sonatina", "9 variasiya", "Quşlar", "Ballada", "Sevgili yar gəlmiş idi", "Gəl" və digər əsərləri toplanıb.

Qeyd edək ki, kitab muzeydə qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Dekabr 2019 11:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə