Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSU-nun nümayəndələri Moskvada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində

BSU-nun nümayəndələri Moskvada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində

Bakı Slavyan Universitetinin (BSU) Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və universitetin Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Moskva Dövlət Linqvistik Universitetində (MDLU) olub, Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin dil və mədəniyyət üzrə baza təşkilatının direktoru Vladimir Konev ilə görüşüblər.

BSU və MDLU nümayəndələri arasında keçirilən görüş zamanı Moskva ali təhsil müəssisəsində tərcümə üzrə kadrların hazırlanması, BSU tələbələrinin təcrübə və müəllimlərinin stajkeçməsi ilə bağlı geniş məsələlər müzakirə olunub.

Sonra BSU-nun  nümayəndələri MDLU-da fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olublar. Mərkəzin direktoru, professor Zemfira Rüstəmova Azərbaycan dilinin xarici dil kimi öyrənilməsinin uğurları və problemləri barədə məlumat verib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Dekabr 2019 10:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə