Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi”

Keçmiş SSRİ-də idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək şəxs yox idi. Bu sözləri Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal ümummilli lider Heydər Əliyev haqqında xatirələrini bölüşərkən söyləyib.

O qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində iqtisadi, sosial və mədəni həyatın ən mühüm sahələrinə rəhbərlik edirdi. “Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi, istedadlı insan idi və ən başlıcası, onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir və dediklərinə əməl edirdilər. Həmin mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox iş görüb. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub”, – deyə G.Şmal vurğulayıb. 

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

 

 

12 Dekabr 2019 10:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə