Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uokun ­başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Koreya Respublikasının Statistika Komitəsinin sədri Kanq Şin-Uok Koreya Prezidenti Mun Ce-inin salamlarını dövlətimizin başçısına çatdırdı. 
Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyi qeyd olundu. Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində Koreya şirkətlərinin iştirakının iqtisadi əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulandı. 
Söhbət zamanı Azərbaycanda digər sahələrdə olduğu kimi, statistika sahəsində də islahatların aparıldığı qeyd edildi, Koreya Respublikasının bu sahədə qazandığı təcrübənin Azərbaycanda maraq doğurduğu bildirildi. 
Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş etdi. 

 

AZƏRTAC

 

 

12 Dekabr 2019 00:20 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA
25 Fevral 2020 | 23:22
Ali qonağın şərəfinə

Köhnə versiyamızdan xəbərləri izlə