Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət

Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxana birgə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirdilər. 
Tədbiri  giriş  sözü ilə  açan  Milli Kitabxananın  direktoru, professor Kərim Tahirov ümummilli lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından, 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, müstəqil Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə bir çox sahələr, o cümlədən Azərbaycanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsi inkişaf edib, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahı yüksəlib. Ulu öndərin hakimiyyətə gəlişi ilə xalqımızın xaosdan, hərc-mərclikdən xilas olduğunu, milli dövlətçiliyimizin qorunub saxlanıldığını, Azərbaycan dövlətinin sürətlə dünya birliyinə inteqrasiya etdiyini və qüdrətli dövlətə çevrildiyini söyləyən K. Tahirov ümummilli liderin dövlətçilik prinsiplərinin, siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini ­vurğuladı.
Sonra ümummilli lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından bəhs edən videofilm  nümayiş etdirildi.
YAP Səbail rayon təşkilatının sədri, V  cağırış  Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev çıxışında ümummilli liderin danılmaz xidmətlərinə diqqət yönəltdi. Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsindən xilas olduğunu, yeni iqtisadi sistemin formalaşdığını, torpaq islahatlarının aparıldığını, bütün sferalarda müvafiq qanunlar imzalandığını, atəşkəsin yarandığını qeyd etdi. 
YAP Siyasi Şuranın üzvü “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə ordu quruculuğunun yarandığını, yenidənqurma işlərinin aparıldığını, beynəlxalq aləmlə əlaqələrin bərpa olunduğunu, dövlət proqramlarının qəbul edildiyini  və Azərbaycanın qüdrətli dövlətə çevrildiyini  bildirdi. 
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, həmin  kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxış edərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən  söhbət açdılar, onun Azərbaycançılıq ideyalarının gələcək nəsillərə çatdırlmasının ziyalıların ən ümdə borcu olduğunu qeyd etdilər. 
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” mövzusunda geniş kitab sərgisi ilə tanış oldular.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

12 Dekabr 2019 10:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə