Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, digər rəsmilər, Olimpiya və dünya çempionları, müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrinin ifasında Ümummilli Liderin sevdiyi musiqilər ifa edilib.
Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, idman və təhsil sahələrinə də münasibət kökündən dəyişib. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir. Sevindirici haldır ki, bu sahədə görülən işlər nəticəsində mühüm nailiyyətlər əldə edilib. 

 

AZƏRTAC

12 Dekabr 2019 10:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə