Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Abşeron rayonunda vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Abşeron rayonunda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə dekabrın 11-də Abşeron və Qobustan rayonlarının sakinləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Əhməd Əhmədzadə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsini ehtiramla anıblar.
Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Görədil kəndində yerləşən Abşeron Suvarma Sistemləri İdarəsinin inzibati binasında Abşeron və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün boru xətlərinin çəkilməsi, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.
Hər bir vətəndaşı fərdi qəbul edərək, müraciətini dinləyən Əhməd Əhmədzadə onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi elə yerində həll edilib. Araşdırılmaya ehtiyacı olanlar isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. ASC-nin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq aidiyyəti orqanlara çatdırmaq üçün nəzarətə götürülüb.
Görüşdə iştirak edənlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, dekabrın ­13-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Şamaxı rayonunda, Rafiq Aslanov isə Ağsu rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.  

12 Dekabr 2019 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə