Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası Ali Məclisinin 2019-cu il 7 dekabr tarixli sessiyasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən   qərara alır: 
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar: 
1.1. Səlahiyyətli nümayəndələr: 
Ağa-zadə İqbal Fehruz oğlu
Ağazadə Ənvər Sərdar oğlu
Tağızadə Rəfail Alı oğlu
Əliyev Taleh Məhəmməd oğlu
Həsənov Seyfi İnqilab oğlu
Hətəmov Səməd Əbdüləli oğlu
Muradlı Rüfət Habil oğlu
İsayev Anar Rafiq oğlu
Əliyev Faiq Həsən oğlu
Qulami Tamilla Famil qızı
İbadova Günel Mahmud qızı
Sadıqova Mehriban İbrahim qızı
Səfərov Vidadi Vaqif oğlu
Quliyev Elşən Nadir oğlu
Səfərov Natiq Musa oğlu
Əzimov Aslan İsmayıl oğlu
İsmayıllı Cavad Məmməd oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Abbasov Elman Abdulla oğlu
Sadıqova İlahə Artur qızı
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

Sədr   Məzahir Pənahov
Katib   Arifə Muxtarova
Katib   Mikayıl Rəhimov

12 Dekabr 2019 09:57 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə