Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının 2019-cu il 9 dekabr tarixli iclasının qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur. 
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir. 
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır: 
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar: 
1.1. Səlahiyyətli nümayəndələr:
Əsədli Samir Şakir oğlu
Cəfərli Real Əliqulu oğlu
Poladaşvili Laşa Zazayeviç
Şərəfxanlı Nəsimi Çərkəz oğlu
Sevindikov Mehman Şərif oğlu
Fətullayeva Tatyana Petrovna
Əsədli Seyhun Şakir oğlu
Adişov İqbal Cankişi oğlu
Nəzərli Amal İsmayıl oğlu
Abdullayev Abdulla Aydın oğlu
Əliyev Kamil Rəhim oğlu
Xantemirov Yusif Mətləb oğlu
Şirinov Eldar Patruz oğlu
Nəsirov Həşim İmaş oğlu
Hüseynova Gülnar Faiq qızı
Həsənova Dəniz Nazim qızı
Vəliyev Yaşar Məstan oğlu
Qüdrətova Şahnaz Natiq qızı
Sultanova Gülgəz Kərimxan qızı
Hüseynov Azər Aydın oğlu
İsmayılov Kamil Musarza oğlu
Məmmədov Ədalət Ağagül oğlu
Quliyev Qafar Elxan oğlu
Cahangirov Nadir Ağəli oğlu
Kazımlı Ruhin Ağaşirin oğlu
Əliyev Xəzər Telman oğlu
Abdullayev Vaqif Qubad oğlu
İlyasov Məzahir Əlimurad oğlu
Məmmədov Şamo Əhməd oğlu
Rustamov Nəsib Xosaxan oğlu
Yusifov Orxan Yolçu oğlu
Hüseynov Səxavət Kamil oğlu
Abdulov Emin Vaqif oğlu
Namazəliyev Cavid Qurban oğlu
Nuriyev Elçin Mahmudağa oğlu
Abdullayev İntiqam Mirzəfər oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Ələkbərov Felmar Əli oğlu
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

Sədr   Məzahir Pənahov
Katib   Arifə Muxtarova
Katib   Mikayıl Rəhimov

12 Dekabr 2019 09:57 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə