Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur. Keçən il dekabrın 11-dək 222 min 748 ton pambıq yığılmışdı.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb. 
AZƏRTAC respublikada pambıq tədarükünə dair dekabrın 11-nə olan operativ məlumatı təqdim edir.

12 Dekabr 2019 09:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə