Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Açıq Tender Elan Edir

Tender 3 lot üzrə keçirilir. 
Tenderin predmeti:
Lot-1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı texniki avadanlıqların satın alınması.
 Lot-2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səlis-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə daxil olan elektron xidmətlərlə bağlı, o cümlədən şura katibliyinin əməkdaşları üçün təlimlərin təşkilinin satın alınması. 
Lot-3. Şura tərəfindən yaradılmış Səlis-Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminə aid təbliğedici materialların satın alınması.
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq etender.gov.az elektron portalı vasitəsi ilə həyata keçirilir.
Əlaqələndirici şəxs- Sevinc İsgəndərova.
Tel-493-17-80 (307). 
E-mail: [email protected]
Ünvan- Bakı şəhəri, F.Əmirov küçəsi 1. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunub. Maraqlananlar əsas şərtlər toplusunu Lot-1 və Lot-3 üçün hər birinə 150 manat, Lot-2 üçün isə 200 manat məbləğdə iştirak haqqını ödədikdən sonra etender.gov.az elektron portalı vasitəsilə əldə edəcəklər. 
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər: 
Təşkilat- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
VÖEN-1301696511
H/h- AZ78CTRE00000000000005418301
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
BTK- 142340
BSK- 7
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün 9 yanvar 2020-ci il saat 10.00-a qədər aşağıdakı sənədləri etender.gov.az elektron portalı vasitəsilə təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış; 
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji sahədə təcrübə. 
Bundan əlavə tender təklifi və bank təminatı 17 yanvar 2020-ci il saat 10.00-a qədər təqdim olunmalıdır. Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı verilməlidir. Bank təminatı tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Təklif zərflərinin açılışı 21 yanvar 2020-ci il saat 10.00-da elektron portal vasitəsilə həyata keçiriləcəkdir. 

 

Tender komissiyası

12 Dekabr 2019 09:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:55
Elan
18 Sentyabr 2020 | 00:52
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə