• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qrossmeysterlər yeni görüşlər ərəfəsində

Qrossmeysterlər yeni  görüşlər ərəfəsində

Oktyabrın üçüncü  ongünlüyündə  İngiltərədə  keçiriləcək  mötəbər  beynəlxalq şahmat  turnirində 170-dən  çox  iştirakçı mübarizə  aparacaq. Turnirdə Azərbaycan milli komandsının üzvü Arkadi  Naydiç də  çıxış  edəcək.

Qrossmeysterimizin  rəqibləri fransız Maksim Vaşye-Laqrav, rusiyalılar  Vladimir  Kramnik, Sergey Karyakin, hindistanlı Vişvanatan Anand, Aniş Giri (Hollandiya) və  başqaları  olacaq.

Hələlik isə Naydiç  və onun  Azərbaycan millisində  komanda  yoldaşları Şəhriyar  Məmmədyarov, Teymur  Rəcəbov,  Rauf  Məmmədov, Eltac  Səfərli və Qədir  Hüseynov sentyabrın 24-dən oktyabrın 5-dək  Gürcüstanın  Batumi  şəhərində  keçiriləcək 43-cü Ümumdünya Şahmat Olimpiadasına  son hazırlıq  görürlər.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

20 2018 15:29 - İDMAN
İDMAN
15 Oktyabr 2018 | 22:11
Messi ilə yeni müqavilə
15 Oktyabr 2018 | 16:00
Noyabradək fasilə
13 Oktyabr 2018 | 21:00
Ağır atletikada gümüş medal
13 Oktyabr 2018 | 20:52
Anri “Monako”da

Ən son xəbərləri səhifəmizdən də izləyin