Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mindanaoda hərbi vəziyyət uzadılmayacaq

Mindanaoda hərbi vəziyyət uzadılmayacaq

“Reuters” informasiya agentliyinin yaydığı məlumata görə, Filippin hökuməti ölkənin cənubunda yerləşən Mindanao adasında hərbi vəziyyətin vaxtının uzadılmayacağını bəyan edib.

Mənbə “The Philippine Star” nəşrinə istinadla xəbər yazır ki, hökumət bununla da 2 ildən çox davam edən hərbi qarşıdurmanı dayandırmaq niyyətində olduğunu bildirib.
Filippin Prezidentinin mətbuat katibi Salvador Panelo jurnalistlərəaçıqlamasında qeyd edib ki, ölkə başçısı Rodriqe Duterte hərbi vəziyyətin dekabrın 31-də başa çatmasından sonra onu uzatmamaq qərarına gəlib.
Xatırladaq ki, Filippin Prezidenti 2017-ci il mayın 23-də əsasən müsəlmanların yaşadığı Maravi şəhərində yaraqlıların bir neçə rayonu ələ keçirməsindən sonra Mindanao adasında hərbi vəziyyət elan etmişdi.
Yaraqlılarla hökumət qoşunları arasında altı aya yaxın davam edən silahlı qarşıdurma nəticəsində 1500-dən çox insan həlak olmuşdu.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

12 Dekabr 2019 09:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə