Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Rusiya ilə dialoqu səbirsizliklə gözləyir

ABŞ Prezidenti Rusiya ilə dialoqu səbirsizliklə gözləyir

ABŞ Prezidenti Donald Tramp özünün “Tvitter”ində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşünü “çox yaxşı görüş” adlandırıb və yaxın gələcəkdə Moskva ilə dialoqun davamına ümid etdiyini bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Tramp yazıb: “İndicə Xarici İşlər naziri Sergey Lavrovla və Rusiya nümayəndələri ilə çox yaxşı bir görüş keçirdik. Görüşdə bir çox məsələlər, o cümlədən İran, Şimali Koreya, orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə (DRSMD), nüvə silahları üzərində nəzarət və seçkilərə müdaxilə kimi problemlər ətrafında müzakirələr apardıq”. 
Tramp daha sonra qeyd edib: “Yaxın vaxtlarda dialoqumuzun davamını səbirsizliklə gözləyirəm”. 
Prezident Trampın Sergey Lavrovla görüşü haqqında Ağ evin yaydığı məlumatda isə bildirilir ki, Birləşmiş Ştatların dövlət başçısı Moskvanı 2020-ci ildə keçiriləcək prezident seçkilərinə müdaxilə ilə bağlı hər cür cəhddən qaçmağa çağırıb: “Prezident Tramp, eyni zamanda, Ukraynadakı münaqişənin nizamlaması ilə bağlı Rusiyaya çağırış edib”. 
Lakin Trampla görüşdən sonra mətbuat konfransı keçirən Lavrov deyib ki, danışıqlar zamanı ABŞ seçkilərinə müdaxilə mövzusuna toxunulmayıb. 
Xatırladaq ki, Birləşmiş Ştatlarda prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 Dekabr 2019 09:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə