• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rayonun Mıxlıqovaq kəndində səyyar görüş keçirilib

Rayonun Mıxlıqovaq kəndində səyyar görüş keçirilib

qebele-ih.gov.az –dan verilən xəbərə görə, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü. Mıxlıqovaq kəndində keçirilib. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak ediblər. Sonra Səbuhi Abdullayev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını ifadə edib, bu gün respublikamızda və rayonumuzda həyata keçirilən layihələrdən, sosial-iqtisadi inkişafdan ətraflı danışıb. O, Prezident cənab İlham Əliyevin sərəncamları ilə kəndin mərkəzi yolunun asfaltlaşdırıldığını, əraziyə təbii qaz xəttinin çəkildiyini, yaşayış məntəqəsində EATS quraşdığıldığını, yeni artezian quyularının qazıldığını və əhalinin içməli su problemininin həll edildiyini, həmçinin kənd sakinlərinin fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz olunduğunu diqqətə çatdırıb. RİH başçısı qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri genişlənir, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa edilir, uşaq bağçaları tikilir, digər sosial layihələr icra olunur. Səbuhi Abdullayev çıxışında özəl sahəyə də xüsusi diqqət yetirildiyini, yeni-yeni istehsal və emal müəssisələrinin yaradıldığını vurğulayıb. Natiq rayonda kənd təsərrüfatının, xüsusilə heyvandarlığın, taxılçılığın, bağçılığın, tütünçülüyün, baramaçılığın və diğər sahələrin sürətlə inkişaf etdiyini diqqətə catdırıb. O, görülən işlərin, həyata keçirilən bütün tədbirlərin sonda yalnız bir amala - əhalimizin yaxşı yaşamasına, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılmasına və onların sosial rifahının, həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət etdiyini deyib. Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Görüşdə qaldırılan məsələlərin bir qismi yerində həll edilib. Həyata keçirilməsi vaxt tələb edən digər təkliflərin icrası üçün isə Səbuhi Abdullayev tərəfindən əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib…

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 

20 2018 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin