Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: Türkiyəni Aİ-yə qəbul etmirlər, ona görə ki, biz müsəlmanıq

R.T.Ərdoğan: Türkiyəni Aİ-yə qəbul etmirlər, ona görə ki, biz müsəlmanıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bilkənd Universitetində 10 Dekabr–Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş  konfransda çıxış edərək bir sıra aktual məsələlərlə bağlı mövqeyini açıqlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Dövlət başçısı bildirib ki, bir çox Qərb dövlətlərində insan hüquqlarının pozulması ilə bağlı çox sayda faktlar mövcuddur, amma Türkiyə hər zaman zülmə və ədalətsizliyə məruz qalanları müdafiə edib. 
R.T.Ərdoğan ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə də toxunub: “Türkiyə insan haqlarının  qorunması uğrunda mübarizənin ön sıralarındadır. Qoy terrorizmə qarşı apardığı mübarizədə ölkəmizi “insan hüquqlarını pozmaqda” günahlandıranlar əvvəlcə öz “ləkəli” tarixlərinə diqqət yetirsinlər. Aİ-də bizə deyirlər ki, Türkiyənin əhalisi çoxdur. Səbəb tamam başqadır. Türkiyəni Aİ-yə qəbul etmirlər, ona görə ki, biz müsəlmanıq”. 
Türkiyə lideri ABŞ və Rusiya prezidentləri  Donald Tramp və Vladimir Putin ilə aralarında kifayət qədər açıq və səmimi münasibətlərin olduğunu qeyd edib. 
R.T.Ərdoğan Ankaranın Liviyada baş verən proseslərdən narahatlığını da dilə gətirib. Bildirib ki, Liviya hökuməti Ankaraya müraciət etsə, ora lazımi sayda hərbi kontingent göndərilə bilər. 
Türkiyə hərbçilərinin Suriyanın şimalını tərk etməsi məsələsinə gəlincə isə, Prezident vurğulayıb ki, bunu bizdən tələb edənlər əvvəlcə özləri çıxsınlar, sonra da biz çıxarıq. 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

12 Dekabr 2019 09:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə