Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiya: ən gənc hökumət başçısı

Finlandiya: ən gənc hökumət başçısı

“Euronews” agentliyinin yaydığı məlumata görə, Finlandiya parlamenti ölkə tarixində ən gənc baş nazirin – 34 yaşlı Sanna Marinin namizədliyini təsdiq edib.
Parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən, yeni baş nazirin namizədliyini 99 deputat dəstəkləyib. 70 nəfər isə onun əleyhinə səs verib. Beləliklə, Sosial-Demokrat Partiyasının nümayəndəsi Sanna Marin həm ölkənin, həm də dünyanın ən gənc hökumət başçısı olub.
Sanna Marin səsvermədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə sabitlik yaratmaq niyyətindədir. O vurğulayıb ki, gələcəkdə də sosial şəbəkələrdən istifadə edəcək, lakin müəyyən ehtiyat tədbirləri görəcək, çünki indi onun hər sözü və hərəkəti təhrif oluna bilər.
Qeyd edək ki, bundan əvvəl nəqliyyat naziri olan Sanna Marin yeni vəzifəsinə ölkədəki narazılıqların və tətillərin iqtisadiyyata ciddi ziyan vurduğu vaxtda başlayır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

12 Dekabr 2019 09:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə