Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hədəfimiz Azərbaycandilli vikipediyanın virtual ensiklopediya kimi imkanlarını genişləndirməkdir

“Vikipediya” Metodik Mərkəzinin könüllüləri böyük fəallıq göstərirlər. Təkcə bu il Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində minlərlə məqalə yaradılıb, məqalələr əsaslı redaktə olunub.

Bu barədə AMEA MEK-in direktor müavini, diaspor məsələləri üzrə ekspert Elnur Eltürk məlumat verib.

E. Eltürk bildirib ki,  Azərbaycanın tarixi, elm və mədəniyyət xadimləri, milli qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın xarici dil bölməsində də yerləşdirilib. Hədəfimiz vikipediyanı virtual ensiklopediya kimi cəmiyyətimizin maariflənməsində mühüm səviyyəyə qaldırmaqdır.

“Bu yaxınlarda “Vikipediya”nın Azərbaycan dili bölməsi 49-cu pilləyə yüksəldi.  Hazırda “Vikipediya”da 309 dil bölməsi fəaliyyət göstərir. 152 mindən çox məqalə mövcüddur. Uğurlu nəticənin əldə olunmasında burada azərbaycandilli “Vikipediya” icmasının çalışqanlığı, intellektual imkanları, əzmkarlığı imkan verir ki, biz bu işin öhdəsindən gələk. Əminəm ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində işin keyfiyyəti ilə görülən işlərin kəmiyyəti vəhdət təşkil edəcək.

 

Anar Əli,
“Xalq qəzeti”

11 Dekabr 2019 17:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır
18 Sentyabr 2020 | 09:24
SOS: Dərmanların yan təsiri...

Köhnə versiyamızdan xəbərləri izlə