Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda 15 min ədəd tut tingi əkilib

Saatlıda 15 min ədəd tut tingi əkilib

Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərindən 15 min ədədi Saatlıda əkilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tinglərdən 6500 ədədi Azadkənd, 3500 ədədi Nabatkənd, 3500 ədədi Sumadakənd, 1500 ədədi isə Günəşli kəndlərinin ərazilərində əkilib.

Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılır, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edib.

Yüksək məhsuldarlığa malik bu ağac növünün gələcəkdə artırılması üçün özünün tinglərindən istifadə edilməsi də mümkün olacaq.

Qeyd edək ki, rayonda 2016-cı ildə 60 min, 2017-ci ildə 4 min, 2018-ci ildə isə 15 min tut tingi əkilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

11 Dekabr 2019 17:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə