Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin bir qrup fərdi yaşayış evləri ilə təmin olunub

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin bir qrup fərdi yaşayış evləri ilə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub.

ƏƏSMN-dən verilən məlumatda bildirilir ki, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar qayğı  ilə əhatə olunduqlarına, yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib.

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i  verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi təmin ediləcəkdir.

İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib. 

 

“Xalq qəzeti”

11 Dekabr 2019 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə