Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Sahibkarların I Forumu keçirilib

Gənc Sahibkarların I Forumu keçirilib

Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.

Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlığa marağının artırılması, biznes fəaliyyətinə başlaması, yaradıcı təşəbbüs və layihələrinin reallaşdırılmasına dəstək göstərilməsi məsələləri müzakirə edilib, suallar cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişafının əhəmiyyətini qeyd edərək, bu sahədə dövlət dəstəyi mexanizmlərinin təşviqinə, məşğulluq prosesinə gənclərin daha fəal cəlb olunmasına, infrastruktur resurlarından səmərəli istifadə edilməsinə,  maliyyə resurslarına əlçatanlığın artırılmasına dair təkliflərini bildirib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının artırılması, onların ideya və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlər, "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyinin İdarə Heyətinin sədri Xaliq İldırımzadə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində KOBİA ilə Azərbaycan Gənclər Fondu, KOBİA ilə "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

 

“Xalq qəzeti”

11 Dekabr 2019 14:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə