Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinə rəsmi start verilir

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov bildirib ki, partiya vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinə rəsmi start verilir.

Əli Əhmədov qeyd edib ki, bu siyahı əsasında seçki kampaniyası uğurla həyata keçiriləcək: “Vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlardan ibarət olacağını görəcək və inanacaqlar".

 

“Xalq qəzeti”

11 Dekabr 2019 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə