Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tural Gəncəliyev: Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq

Tural Gəncəliyev: Münaqişə həll olunandan sonra ermənilərlə birlikdə Qarabağda sülh şəraitində yaşamağa hazırıq

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev dekabrın 11-də keçirilən  mətbuat konfransında  bildirib ki, biz ermənilərlə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıyıq.

Tural Gəncəliyev qeyd edib ki, münaqişə həll olunmalıdır və bunun başqa yolu yoxdur: "Əgər gələcəkdə Ermənistan--Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən heç bir söhbət gedə bilməz. Bizim fikrimiz qətidir, münasibətimizi də bildirmişik. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunandan sonra biz ermənilərlə birlikdə Dağlıq Qarabağda sülh şəraitində yaşamağa hazırıq. Əgər onlar bu danışıqlardan qaçırlarsa, bu onların qeyri-konstruktiv mövqedə olduqlarını göstərir".

11 Dekabr 2019 13:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə