Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlının uğur hekayəsi 10 ən yaxşı uğur hekayəsindən biridir

Azərbaycanlının uğur hekayəsi 10 ən yaxşı uğur hekayəsindən biridir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin icra etdiyi özünüməşğulluq proqramı iştirakçısı, Sumqayıt şəhər sakini Ayxan İbrahimovun uğur hekayəsi Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünya üzrə 10 ən yaxşı uğur hekayəsindən biri seçilib.

Ayxan İbrahimov haqqında məqalə BƏT-in saytında dərc edilib və hazırda ən çox oxunan uğur hekayələrindən biridir.

Məqalədə Ayxan İbrahimovun özünüməşğulluq proqramına müraciət etməsindən, təlimlərdə iştirakından və tez bir zamanda öz biznes ideyasını reallaşdıraraq qazandığı uğurlardan bəhs edilir. Proqram çərçivəsində avadanlıqlarla təmin edilərək “Moda evi” açan Ayxan İbrahimov qısa zaman ərzində öz ailə biznesini genişləndirib.

Qeyd olunur ki, Ayxan İbrahimov fəaliyyətə başladıqdan qısa vaxt sonra öz məhsullarının satışını həyata keçirmək üçün ailəsi ilə birlikdə mağaza açıb və əlavə olaraq dörd nəfəri işə cəlb edib. Dövlət Məşğulluq Xidmətinin əməkdaşları tərəfindən daim dəstək aldığını deyən Ayxan İbrahimov yaxın zamanda daha bir mağaza və “Moda evi” açmağı planlaşdırır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə