Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA Mərdəkanda metal əşya aşkar edib

ANAMA Mərdəkanda metal əşya aşkar edib

Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 14:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)  Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub. Bu barədə ANAMA-nın mətbuat xidməti məlumat verib. Məlumatlara əsasən,  Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Xəzər rayonu Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Yesenin küçəsi 87 ünvanına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 1 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

20 2018 13:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin