Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı

Prezident təqaüdünün təyinatı elektronlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə  və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün elektron təyinat sistemlərini istifadəyə verdi.

Bununla əlaqədar keçirilən təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, 2019-cu ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi tətbiq olunur. Bu ilin oktyabr-noyabr aylarında isə nazirlik uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinətin və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, əlilliyə görə aylıq müavinətin e-təyinat mexanizmlərini istifadəyə verib. Həmin e-sistemlər vasitəsilə bu günə qədər 15 mindən çox şəxsə pensiya, 14 minədək şəxsə müavinət və təqaüd e-qaydada təyin olunub.

Nazir müavini qeyd edib ki, e-sistemlər ildə təqribən 3 mindən çox şəxsi əhatə edəcək. Bununla da cari ilin ötən dövründə artıq 10-dək sosial təminat növünün  təyinatı elektronlaşmış olur. Yaxın günlərdə yeni e-təyinat sistemləri də istifadəyə veriləcək. Avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək təyinat  vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan, elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.

A.Kərimov nazirliyin “e-sosial” internet portalının məlumat bazası əsasında bu günlərdə 6 yeni “e-arayış” xidmətinin də təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı 8-ə çatıb. Dekabr ayının sonuna qədər bu göstərici 15-ə çatdırılacaq.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov müharibə  və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olan şəxslərə Prezidentin aylıq təqaüdünün e-təyinatı barədə təqdimatla çıxış edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə