Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada dəyişdirilməməlidir

Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada dəyişdirilməməlidir

Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Kürdəmir rayonunda işəgötürənlər üçün keçirdiyi maarifləndirmə tədbirində qeyd edilib.

“Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzusuna aid olan tədbirdə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub.

İştirakçılara  əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər.

Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışılıb, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yeni yaradılan “Məşğulluq” altsistemi barədə ətraflı məlumat verilib. 

Sonda iştirakçıların əmək qanunvericiliyi ilə bağlı sualları cavablandırılıb

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə