Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək

Beynəlxalq film festivalında Azərbaycan da iştirak edəcək

Dekabrın 12-dən 15-dək Bişkekdə "Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.

Paytaxtın "Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olub. Nümayiş üçün 14 xarici, 17 milli film seçilib.

Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin "Duz, istiot zövqə görə” filmi də var.

Dekabrın 15-də "Ən yaxşı film”, "Ən yaxşı rejissor işi”, "Münsiflər heyətinin xüsusi prizi” və "Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə