Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir

“Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir

“Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir”.  Bu fikriNiderlandın  Rotterdam şəhərində "Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob Meriin müsahibəsində deyib.

Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.

"Soyqırımı və kütləvi qırğınlara son qoyulmalıdır. Qırğınlar, mülki şəxslərə qarşı işgəncələr təkcə II Dünya müharibəsində deyil, bu sənədli filmdə olduğu kimi XXI əsrin əvvəlində də olub. Bütün xalqlar diqqətli olmalı və belə dəhşətlərə bir daha yol verməməlidirlər”,-deyə Y.Meriin qeyd edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 Dekabr 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə